Azərbaycanın internet provayderlərinin hazırlıqsızlığı

Azərbaycanın internet provayderlərinin hazırlıqsızlığı
12:03 18 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın internet provayderləri hələlik ölkənin ucqar rayonlarında öz fəaliyyətlərini genişləndirməyə hazır deyillər. Bu barədə Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.

Onun sözlərinə görə, dövlətin dəstəyi olmadan özəl şirkətlərin əhalisinin sayı az olan ucqar məntəqələrə çıxışı kommersiya nöqteyi-nəzərindən məqsədəuyğun deyil və bununla əlaqədar özəl biznes belə addıma hazır deyil: "Provayderlər regionlarda çoxdan işləyirlər və öz fəaliyyətlərini paytaxtın hüdudlarından kənarda genişləndirməyə hazırdırlar və bunu istəyirlər. Amma bunun üçün bərabər şərait yaradılmalıdır. Məlum olduğu kimi, hazırda "Aztelekom" İstehsalat Birliyi ölkənin rayonlarında telekommunikasiya xidmətlərinin əsas təchizatçısıdır. Bu struktur özəl biznesin rayonlarda öz fəaliyyətini genişləndirmək imkanına malik olması üçün çox səy göstərib".

Ötən ilin sonunda "Aztelekom" İB Azərbaycanın rayonlarında özəl provayderlərin xidmətlərini genişləndirmək üçün platforma yaradıb. Söhbət müştərilərə xidmət göstərilməsi üzrə vahid mərkəzin formalaşdırılmasını nəzərdə tutan intellektual idarəetmə mərkəzinin yaradılmasından gedir. Bundan başqa dövlət operatoru özəl provayderlərin rayonlarda, xüsusi ilə kənd yerlərində fəaliyyətini genişləndirmək üçün təkliflər paketi hazırlayıb.

Qalib Qurbanovun hesab etdiyi kimi, özəl provayderlər üçün təklif edilən şərtləri təkrar gözdən keçirmək lazımdır. Provayderlərin kənd yerində öz biznesini genişləndirmək imkanına malik olmaları üçün kanalların icarəsini və optik infrastrukturdan istifadənin dəyərini dəfələrlə azaltmaq lazımdır.

"Nə qədər ki, rabitə xətlərinin çəkilməsi, portların icarəsi, optik kanalların istismar tarifləri son dərəcə yüksəkdir, bu, provayderlərə kənd yerlərində öz fəaliyyətlərini genişləndirməyə imkan vermir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR