Koronavirusa yoluxanların sayı 63 milyonu ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 63 milyon 72 min 905 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 465 min 186 nəfərdir. İndiyədək 43 milyon 546 min 236 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR