Fransada son sutkada koronavirusa 10 minə yaxın insan yoluxub

Fransada son sutkada koronavirusa yoluxanların sayı 9784-ə yüksəlib, xəstəxanalarda isə 198 nəfərin ölümü qeydə alınıb.

Metbuat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, epidemiyanın başlanğıcından bəri ölkədə yoluxanların ümumi sayı 2 milyon 218 min nəfəri keçib, 52,3 mindən çox insan ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR