.

"Biz birlikdə koronavirusa qalib gələcəyik" - Millət vəkili Cavid Osmanov

.

''Ölkəmizdə ilk dəfə olaraq bu xəstəliyə yoluxanların sayı rekord həddə çatdı. Covid-19 dan həyatını itirən insanların sayında da artımın olması vəziyyətin nə qədər təhlükəli olmasından xəbər verir''.

Bu sözləri Metbuat.az-a özəl açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirdi ki, bu istiqamətdə dövlətin gördüyü işlərə vətəndaşların da məhsuliyyətli yanaşması vacibdir.


''Unutmaq olmaz ki, bir birlikdə güclüyük. Biz xalq olaraq Covid-19-un birinci dalğasında da həmçinin İkinci Qarabağ savaşında da birliyimizi nümayiş etdirib mübarizədə qalib gəlməyi bacardıq. Bir yumruq kimi birləşəndə hər bir problemin öhdəsindən xalq olaraq layiqincə gəlirik.

İlk növbədə məhsuliyyət ön planda olmalıdır. Əks təqdirdə ölkəmizin səhiyyə və iqtisadiyyatına ciddi təsir dəyəcəkdir''.

Cavid Osmanov deyir ki, Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməyini xüsusilə qeyd etmək lazımdır.


''Biz bilirik ki, Covid19-la mübarizədə xəstələrin müalicəsində gecə-gündüz çalışan tibb işçilərimiz virusa yoluxanlar sırasında ilkləri təşkil edirlər. Elə koronavirusdan həyatını itirənlər arasında tibb işçiləri çoxdur.

Ötən gün 4000 həddində yoluxma onu deməyə əsas verir ki, bundan sonra sosial həyatımızda atacağımız addımlar düşünülüb atılmalıdır. Sosial məsafəni gözləmək mütləqdir. Cəmiyyət olaraq Covid-19-ilə mübarizədə birlik nümayiş etdirib virusa qalib gəlməliyik. Çünki bizim işğaldan azad olunmuş torpaqlarımızda görəcəyimiz çox işlər var''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR