Erməni əsgər döyüşlər barədə: "3-4 Azərbaycan əsgəri gəlib 30 silahlı ermənini öldürürdü"

Fransadan Qarabağa döyüşməyə gedən bir erməni əsgər "Erivan Today" kanalına müharibədə yaşananları danışıb.

Metbuat.az xəbər verir ki, erməni əsgər azərbaycanlı əsgərlərin əsasən gecə və sisli havalarda hücuma keçdiklərini deyib:

"Azərbaycan əsgərlərinin gəlişi ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfər gəldilər, səngərdə olan 20-30 silahlı erməni əsgərini öldürdülər və yoxa çıxdılar. Onları gecə ova çıxan canavarlara bənzətdik".

O, 1500 erməni əsgərinin 5-6 Azərbaycan əsgərindən qaçması ilə bağlı belə deyib:

"Bəli, qaçırdıq. çünki qaçmasaq öləcəkdik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR