x
Loading...

Azərbaycanda 36 yaşlı şəxs koronavirusdan vəfat etdi

.

Azərbaycanda 36 yaşlı şəxs koronavirusdan vəfat edib.

Metbuat.az xəbər verir ki, bu haqda ASGA sədri Səbuhi Abbasov məlumat verib.

O deyib ki, Fuad İbrahimlinin heç bir başqa xəstəliyi olmayıb:

"Bu gün Mingəçevir şəhərinin ləyaqətli oğlu Fuad Ibrahimli koronavirusdan dünyasını dəyişdi. Hələ də bu acı xəbərin təsirindən çıxa bilmirəm. Seçkilərdə yanımda oldun, dəstək oldun, gələcək üçün o qədər planlar qurmuşduq, reallaşdıracaqdıq. Atan, şəhərimizin ziyalısı Elşən müəllim dünən gecə zəng etdi, səni Bakıya köçürmək istəyirdi, əlimizdən gələni edəcəkdik, hara tələsirdin, ay Fuad?

Qardaşın Namiq Ibrahimli ön cəbhədə düşmənə qan uddurdu, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşdü, qələbəni birlikdə qeyd edəcəkdik axı.

Səbuhi Abbasov vətəndaşlara da səslənib: Dostlar, inanın, dünyanın ən güclü ölkələrinin səhiyyəsi belə, bu virus qarşısında diz çöküb, xahiş edirəm, Allaha xatir, sevdiklərinizə, ailənizə xatir, özünüzü qoruyun, çevrənizi qoruyun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR