Bu gün hava necə olacaq? -

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR