Britaniyada son sutkada koronavirusdan 603 nəfər ölüb

Böyük Britaniyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 13 430, ölənlərin sayı isə 603 nəfər olub.

Metbuat.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bir gün əvvəl isə müvafiq olaraq, yoluxma sayı 12 330, ölənlərin sayı isə 205 nəfər olmuşdu.

Qeyd edək ki, ümumilikdə, pandemiya dövründə krallıq üzrə 1 643 086 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Yeni növ virusdan ölənlərin sayı 59 051 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR