Almaniyada son sutkada 487 nəfər koronavirusdan öldü

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 270 nəfər yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 1 084 743 nəfərə çatıb.

Son 24 saat ərzində 487 nəfər vəfat edib və bununla da indiyədək Almaniyada koronavirusa yoluxaraq ölənlərin ümumi sayı 17 123 nəfərə yüksəlib.

Mənbə: REUTERS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR