.

Mahir Emreli koronavirusa yoluxdu

.

“Qarabağ”ın futbolçusu Mahir Emreli sabah UEFA Avropa Liqasının Təl-Əviv “Makkabi”si ilə oyununda olmayacaq. O, koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov bildirib.

Qurban Qurbanov koronavirusa yoluxduğundan, onun əvəzinə mətbuat konfransına çıxan E.Rəhmanov sabahkı oyunqabağı itkilərdən danışıb:

“Rahil Məmmədov uzun müddətdir komanda ilə məşq etməyib. Yəqin ki oyundan kənarda qalacaq. Bədəvi Hüseynovla Patrik Andradenin də zədəsi davam edir. Onlar da heyətdən kənarda qalacaqlar. Mahir Emreli də koronavirusa yoluxub. Salamat 13-14 futbolçumuz qalıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR