.

Ceyhun Bayramov Lavrovla Qarabağ bəyanatını müzakirə edib

.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli bəyanatın icrasını müzakirə ediblər.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatın icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri müzakirə ediblər", - deyə XİN-in məlumatında qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR