.

Azərbaycanlılarla ermənilər Qarabağda birgə yaşaya bilərmi? - ŞƏRH

.

İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi?

Məsələyə münasibət bildirən Bakı Avrasiya Universitetinin prorektoru, politoloq Gülzar İbrahimova Metbuat.az-a bildirdi ki, burada çətinlik törədən bəzi məqamlar var.


''Ermənilər xəstə düşüncələri ilə özlərini həmişə haqlı sayır bizim qalibiyyətimizi həzm edə bilmirlər. İllərdir özlərini inandırdıqları bir yalana əsaslanaraq aqressiv mövqeydən çıxış edirlər.

200 il ərzində ermənilər bizim torpaqlarımızı öz havadarlarının köməyi ilə bu və ya digər şəkildə işğal ediblər və biz buna görə çox ərazi itirmişik. Son işğal isə 30 ildə baş verən işğaldır ki, bunu nəticəsində torpaqlarımızın 20 faizini itirmişdik. Gerçəklik odur ki, biz hazırda qalib gələrək ərazilərimizi işğaldan 5000 kvadrat kilometr hissəsini hərbi yolla geri aldıq. Üç şəhərimiz isə biz şəhid vermədən kapitulyasiya aktına atılan imzaya əsasən azad olundu.

Hazırda bizi gözləyən çoxsaylı problemlər var.Onlardan ən birincisi demarkasiya - sərhədlərin müəyyən olunmasıdır. Biz Ermənistanla sərhədlərimizi müəyyənləşdirib bundan sonra orada sərhəd mühafizə xidmətlərimiz fəaliyyət göstərməlidir''.

Fransa senatının bir neçə gün öncə qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirən Gülzar İbrahimova bildirdi ki, əsas məsələ bu qətnamənin qəbulunda deyil. Ola bilər ki, bu Fransanın tam mövqeyini əks etdirmir amma hər halda bu bir təzyiq vasitəsidir və ürək bulandıran haldır.

''Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq minalanmış ərazilərin təmizlənməsi işləri başlayıb və bu proses uzun bir müddət aparacaq. Amma o ərazilərdəki ermənilər hal-hazırda yaşayırlar onlar o ərazini minalamayıblar.

Orada birgə yaşayışın ilkin formaları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti əsasında həyata keçirilməlidir. Çox təssüf ki, bu gün Ermənistandan Xankəndinə köçən ermənilər BMT-nin nəzarəti ilə köçmürlər. Orada əhalinin siyahıya alınması prosesi düzgün aparılmalıdır. İşğaldan azad edilmiş ərazilərdə yaşayan azərbaycanlıların və ermənilərin say tərkibi müəyyən edilməlidir.

Ola bilsin ki, həmin ərazilərə Rusiyada, Beyrutda və ya digər ölkələrdə yaşayan ermənilər say tərkibini artırmaq üçün Dağlıq Qarabağa köçürülə bilərlər''.

Bəs biz bu məsələdə nə edə bilərik?

"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri genosid, Xocalı soyqrımı, yüzlərlə minlərlə insanın qaçqın vəziyyətinə düşməsi, yurd-yuvasından didərgin düşməsi, əsir götürülməsi faktları bütövlükdə bu yaşananları düşünərək ermənilərlə azərbaycanlıların birgə yaşaması çətindir.

Amma biz emosionallıqdan uzaq olmalıyıq. Biz qalib dövlətik. Bu müharibə ideoloji tərəfdən bitməyib. Məğlub dövlətin bunu həzm edə bilməsi üçün illər lazımdır. Biz sadəcə bizə xoş olsa da olmasa da ərazi bütövlüyümüzün təmin olunmasına görə o torpaqlarda yaşamalıyıq. Çünki torpaq üzərində kim yaşayırsa ona məxsus olur. Məhz bu baxımdan düşünərək işğaldan azad edilmiş ərazilərimizdə yaşamalıyıq. Yaşamaq üçün də səbir edib və dözümlü olmalıyıq.

İstər Xankəndinə, istər Xocalıya, istərsə də Ağdərədə ermənilərlə birlikdə yaşamalıyıq ki, torpağın gerçək sahibinin kim olduğu bəlli olsun. Soyuq düşüncə ilə biz bu siyasəti yürütməliyik.

Biz o torpaqlarda yaşayanda tariximizi unutmadan psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. Uzun bir müddət dözüm nümayiş etdirib istər təhsil, istər mədəniyyət istər, hərbi cəhətdən üstünlüyümüzü göz önündə saxlayaraq Qarabağın Azərbaycanın olduğunu düşmənə nümayiş etdirməliyik''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR