İranda koronavirusa yoluxanların sayı 1 milyonu keçib

İranda ötən sutka ərzində 358 nəfər koronavirusdan (COVID 19) ölüb.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 49 348 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 922 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 003 494 nəfərə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR