Erməni XİN başçısı Moskvaya gedir

.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya işgüzar səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Ermənistan xarici işlər nazirinin Moskvaya gözlənilən səfərinin təfərrüatlarını və gündəmini açıqlayıb.

"Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – deyə Zaxarova bildirib.

Sözçünün verdiyi məlumata görə, Ermənistan və Rusiya Xarici İşlər Nazirliklərinin rəhbərləri beynəlxalq və regional məsələləri, ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcəklər. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli bəyanatının icrasına, infrastrukturun bərpasında humanitar yardım göstərilməsinə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasına xüsusi diqqət yetiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR