Yerevanda küçələri bağlayan aksiyaçılar saxlanıldı

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, aksiyaçılar paytaxtın küçə və prospektlərini bağlayıblar. Nəticədə polis onlarla etirazçını saxlayaraq polis bölməsinə aparıb.

Etirazçılar aksiyaya sabah davam edəcəklərini bildiriblər.

Qeyd edək ki, Qarabağda atəşkəslə bağlı bəyanatdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Etirazçılar müvəqqəti hökumətin qurulmasını və növbədənkənar seçkilərin keçirilməsini də tələb edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR