UEFA finallara ev sahibliyi edəcək ölkələri açıqladı

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, yığıncaqda qitəmiqyaslı futbol turnirləri ilə bağlı bir sıra qərarlar qəbul olunub.

UEFA Millətlər Liqasının 2020/21 mövsümünün final mərhələsinin yeri təsdiqlənib. 2021-ci ilin oktyabrındakı turnir İtaliyada baş tutacaq.

İclasda 21 yaşadək futbolçular arasında AÇ-2023-ün meydan sahibi də rəsmiləşib. Yarışın final mərhələsi iki ölkədə keçiriləcək. Turnir Rumıniya və Gürcüstanda təşkil olunacaq.

2021-ci ilin yayından keçirilməyə başlayacaq qitənin 3-cü dərəcəli klub turnirinin – Konfrans Liqasının da ilk finalının yeri dəqiqləşib. İclasda qərara alınıb ki, 2022-ci ildəki final Albaniyada təşkil olunsun. Həlledici matç Tiranadakı Milli stadionda keçiriləcək.

Qeyd edək ki, bu turnirdə Azərbaycanın üç klubu 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR