“Qarabağ” Avroliqada ilk xalını qazandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da təmsilçimiz qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayan digər görüşündə “Vilyarreal” səfərdə “Sivasspor”a 1:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR