Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Metbuat.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Tvitter" hesabında yazıb.
Diplomat qeyd edib: “Düşünürəm ki, bir məsələ hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, Qarabağın müstəqilliyini tanımır”.