x
Loading...

Adolf Hitler seçkilərdə qalib gəldi

.

Nambiyada keçirilən yerli seçkilərdə Adolf Hitler adlı siyasətçi qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, o, hakim “Swapo” partiyasından Ompundja seçki dairəsi üzrə 85 faiz səslə məclis üzvü seçilib.

Siyasətçi "Bild” nəşrinə müsahibəsində atasının Hitlerin şərəfinə ona bu adı verdiyini deyib. O, əmindir ki, atasının Hitlerin nasist ideologiyasından xəbəri olmayıb.

54 yaşlı Hitler irqi ayrı-seçkiliyə qarşı mübarizə apardığı üçün regionun cənub-qərbində populyar siyasətçilər arasındadır. Hitler uşaq vaxtı adı ilə bağlı problem yaşamadığını bildirib:

“Uşaq ikən bu mənim üçün tamamilə normal bir ad idi. Yalnız böyüdükcə bu insanın bütün dünyanı kölə etmək istədiyini və milyonlarla yəhudini öldürdüyünü anladım”.

Niyə adını dəyişdirmədiyini soruşduqda isə, bunun üçün artıq gec olduğu söyləyib: "Bütün rəsmi sənədlərdə var, bunun üçün çox gecdir".

O, daha sonra özünü Adolfom Uunona adlandırıb.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR