“Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar” - Erməni analitik Tiqran Abramyan

.

"Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.

Metbuat.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağda erməni "Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan "Facebook” səhifəsində yazıb:

"Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dollaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.

Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.

O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.

Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.

Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.

Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR