Zaqatalada 31 yaşlı qadın itkin düşüb -

Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR