“Ermənistanda münaqişə qaçılmazdır” -

"Nikol Paşinyan başa düşməlidir ki, nə qədər tez istefaya gedərsə, bir o qədər yaxşıdır"

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib. Sabiq prezident Ermənistan müxalifətinin baş nazir postuna namizəd irəli sürdüyü Vazgen Manukyanın rəhbərlik etdiyi mitinqlərin ölkədə vətəndaş müharibəsi təhlükəsini artdırığını dilə gətirib.

Onun fikrincə, Manukyanın rəhbərlik etdiyi izdihamlı yürüşlə baş nazir iqamətgahının yarım saatlıq mühasirəsi və Paşinyan ailəsini qorxutmaq zorakılığa açıq hazırlıq nümayişidir.

Ter-Petrosyan, həmçinin hesab edir ki, Nikolun hazırki mövqeyi də Ermənistan üçün təhlükəlidir: "Onun ritorikası və davranışı getmək istəmədiyini, qarşıdurmaya hazır olduğunu göstərir. Paşinyan və onun komandası bu gün hakimiyyətdən imtina etməyə hazır deyil. Əgər hər iki tərəf qətiyyətli mövqedədirsə, münaqişə qaçılmazdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR