x
Loading...
.

İşğaldan azad olunan bölgələrin bərpası üçün bəzi ölkələrə dəvət göndərilib

.

“Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdı. Və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyümüzü bərpa etmişik”.

Metbuat.az “report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcəklər.

Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər.

İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə bildiyim kimi videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Bir də demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”, - Prezident əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR