"Türkiyə sülhməramlı qüvvələri də Xankəndində təmsil olunmalıdır" - Məhəmməd Əsədullazadə

.

Rusiyanın "Sülhməramlı qüvvələrinin" gəlişi və Xankəndində proseslərdə təktərəfli qərarlar verməsi, Moskanın burada mövqeyini gücləndirilməsinə xidmət edir və razılaşdırılan bəyannəməyə ziddir.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə verib.

Onun sözlərinə görə AzərbaycanTürkiyə tandeminin güclənməsi, gələn ildən Rusiyaya qarşı beynəlxalq birliyin təzyiqləri, xüsusilə ABŞ-ın sanksiyaları Rusiyanın regionda mövqeyini zəiflədəcək.

''NATO-nun 1-2 dekabr konfransında məhz Rusiyanın Qarabağda fəaliyyəti narahatlıq kimi qiymətləndirilməsi Moskva üçün yeni bir çətin mərhələnin başlanğıcı olacaq.

Qeyd edim ki, Qərb Moskvaya Cənubi Qafqazda istədiyi bir siyasi planın reallaşdırmasına imkan verməyəcək. Nikol Paşinyan hakimiyyətini saxlaya bilərsə, Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu bu ölkədə etirazlara yol açacaq. Bu da mövcud siyasi müstəvidə Rusiya üçün bir problem ola bilər''.

Siyasi şərhçi deyir ki, Rusiya Qarabağın kiçik bir hissəsinə sülhün təminatçısı kimi gəlməyib. Bura öz maraqlarını qorumaq və erməniləri müdafiə edərək, gələcək perspektivdə onlardan istifadə etmək planına malikdir.

''Qeyd edim ki, Xankəndində olan separatçılar Rusiyanın Xocalı aeroportundan istifadə etməsini israr edirlər. Moskva aeroportun istifadəsində öz hərbi təyinatlı yüklərini ucuz və qısa yolla Qarabağa daşımaqda maraqlıdır. Belə olan təqdirdə, Moskvanın Qarabağda "sülhməramlı" kimi deyil, öz hərbi potensialını gücləndirib, gələcək perspektivdə təzyiq formalaşdırmasına hesablanıb. Təbii ki, Azərbaycan buna icazə verə bilməz.

Hazırda Qarabağda ermənilərin sosial, humanitar problemlərini Rusiya qarşılayır və infrasturukturun bərpasını reallaşdırır. Moskvanın buraya azərbaycanlıların köçürülməsinə qarşı çıxacağı mümkündür. Buna əlavə bəhanələr gətirəcək''.

Türkiyə Rusiya arasında fikir ayrılıqları yaşanarsa və Azərbaycanla müəyyən problemlər ortaya çıxarsa, Rusiyanın erməniləri silahlandırmasının mümkünlüyünə toxunan politoloq bildirdi ki, ən yaxşı halda yeni bir danışıqlar prosesi başlanmalı, BMT mandatı altında Xankəndiyə sülhməramlı qüvvələr də yerləşdirilməlidir. Hətta BMT mandatı altında Türkiyə sülhməramlı qüvvələri də Xankəndində təmsil olunmalıdır.

Azərbaycana qarşı mümkün təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycan Türkiyə ittifaqı güclənməlidir. Azərbaycan Xankəndi, XocavəndAğdərədə də bayrağı mütləq dalğalanmalıdır. Azərbaycan bu mərhələyədə nail olacağı şübhəsizdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR