.

Cəlilabada ilk qar yağdı - FOTO

.

Cəlilabad rayonuna ilk qar yağıb.

Metbuat.az xəbər verir ki, qar rayonun, əsasən, dağlıq kəndlərinə yağıb.

Belə ki, Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağan qarın hündürlüyü 5-10 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur.

Qeyd edək ki, ötən il Cəlilabad rayonuna ilk qar noyabr ayında yağmışdı. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR