UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasında qrup mərhələsinin VI tur oyununa təyinat alıb.

Metbuat.az xəbər verir ki, o, F qrupunun "Latsio" (İtaliya) - "Brügge" (Belçika) görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR