Hindistanda naməlum xəstəlikdən yoluxanlar çoxalır

Hindistanda ortaya çıxan yeni sirli xəstəlik sürətlə yayılır.

Metbuat.az xəbər verir ki, artıq bu xəstəlikdən 1 nəfər dünyasını dəyişib, 450-dən çox insan xəstəxanalarda müalicə alır.

Bu xəstəliyin simptomları sırasına ürək bulanması, qıcolma, şüur itkisi daxildir. Əsasən uşaqlarda xəstəlik ilk öncə gözlərdəki göynəmədən başlayır, sonra qəfildən ürək bulanması və şüur itkisi müşahidə edilir.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən insanların koronavirus testləri mənfi çıxıb.

İnsanların xəstələndiyi yerlərin müşahidəsi zamanı suyun və ya havanın çirklənməsinin virusa səbəb olduğunu istisna ediblər. Araşdırmalar davam edir.

Mənbə:BBC


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR