Son sutkada dünyada 549 min insan koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 549 mindən çox artıb.

Metbuat.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 549 946 nəfər yeni koronavirusa yoluxub, 8 768 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 66 422 058, ölənlərin isə 1 532 418 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR