Prezidentin təşəbbüsü:

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR