Ermənistanda hərbçilərin valideynləri yenidən aksiya keçirir

Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirirlər.

Metbuat.az xəbər verir ki, onlar Zəngilan istiqamətində 60 nəfərdən ibarət olan dəstənin 34 üzvünün itkin düşdüyün bildiriblər.

Valideynlərdən birinin sözlərinə görə, dekabrın 1-də onlara 3 gün ərzində bəzi məlumatların alınacağı vəd edilib. Lakin deyiləndən xeyli vaxt keçib. Əsgərlərlə əlaqənin kəsildiyi artıq 50 gün olacaq.

“Gözləyin deyirlər. Bu qədər gözləməyə hazır deyilik”, - hərbçilərdən birinin anası Anait Adoyan bildirib.

Onun sözlərinə görə, müxtəlif orqanlara müraciət ediblər, lakin hələ də cavab yoxdur: “Əsgərlərin bir qisminin əsirlikdə olduğu barədə məlumatlar var, lakin bu, rəsmi şəkildə təsdiqlənmir".

Bölmənin qarşısına toplaşan valideynlər komandir Arsen Abqaryandan övladlarını geri gətirməsini tələb edirlər. Onlar uşaqları həmin istiqamətə aparılanda artıq Zəngilanın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildiriblər.

Valideynlər itkin düşən hərbçilərin maaşlarının verilmədiyini, onların ailələrinin, azyaşlı övladlarının olduğunu diqqətə çatdırıblar.

Daha sonra onlar Müdafiə Nazirliyinin binası qarşısında aksiyanı davam etdirəcəklərini deyiblər.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR