x
Loading...

Millimizin qrupunda komanda sayı artırıldı

.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.

Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər seçməsini hazırlıq məqsədilə bu qrupa dəvət edib.

Bu komanda A qrupunda yer alan bütün kollektivlərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.

Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR