"Avropa İttifaqı ağıllı olsun" -

Avropa İttifaqı (Aİ) Türkiyəni boykot etməyə hazırlaşır, Ankara isə Şərqi Aralıq dənizi mübahisəsinin həllinin həssas bir yanaşmadan asılı olduğunu söyləyir.

Metbuat.az xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-ni şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarının istismarı ilə əlaqədar mübahisələrə son qoymaq üçün sağlam düşüncədən istifadə etməyə çağırıb.

Nazir macarıstanlı həmkarı ilə keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin hələ də Aİ-yə tam üzv olmaq istədiyini vurğulayıb.

Aİ-nin Türkiyəyə qarşı sanksiya təhdidindən danışan Çavuşoğlu bir daha Yunanıstanı Ankaranın diplomatik səylərinə baxmayaraq, təxribat xarakterli hərəkətlər etməkdə ittiham edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR