SON DƏQİQƏ:

İrıvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Arabkir rayonunun Davtyan küçəsində "Lexus" markalı avtomobil partladılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir.

Partlayış A.Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr sürdükdən sonra baş verib. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR