Türkiyədə Yeni ildə küçəyə çıxmaq

Türkiyədə yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.

Metbuat.az xəbər verir ki, koronavirusla mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyəti tətbiq etmək ilə yanaşı, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi qüvvədə olacaq. 4 gün küçəyə çıxmaq müddətinin davam edib-etməməsi barədə yeni qərarlar nfeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək.

Mənbə:NTV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR