x
Loading...
.

2020-nin pandemiya kabusu: Dünya nə vaxt düzələcək? - RƏY

.

Belə görünür ki, qarşıdan gələn 2021-ci il də pandemiya dövrü olacaq. Faktiki 31 yanvara qədər Azərbaycanda ümumi karantin rejimidir.

Metbuat.az xəbər verir ki, qışda virusların tüğyan etdiyini və xəstəliyin yox olmasında irəliləyiş əldə edilmədiyini nəzərə alsaq, fevral və mart ayını da karantində keçirəcəyimiz ehtimalı güclənir. Yalnız yaz aylarında epidemiyanın səngiməsi proqnozlaşdırıla bilər.

Bu dünya bəs nə vaxt düzələcək? Ölkələri xaraba qoyan, milyon yarım insanın tələf olmasına gətirib çıxaran pandemiyadan necə, nə vaxt qurtulacağıq? Üstəlik, Çində başlayan bu xəstəlik həmin ölkədə tez bir zamanda aradan qaldırılsa da, dünyanı çənginə almaqda davam edir.

Bill Qeyts sərvətini hara xərcləyəcəyini açıqladı | Face of Marketing

Maykrosoft" şirkətinin qurucusu Bill Qeyts deyib ki, 2021-ci ildə dünya ölkələrinə COVİD-19-a qarşı mümkün qədər çox peyvənd paylamağı planlaşdırırlar. Onun sözlərinə görə, beləliklə, 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə pandemiya bitəcək:

“Peyvəndi bərabər şəkildə paylamağımız vacibdir. Varlı olmaq peyvəndin əlçatan olmasını müəyyən etməməlidir. Bu yerdə bizim fond - ”Bill & Melinda Gates" işə qarışır".

B.Qeyts vurğulayıb ki, vaksinlərin 2021-ci ilin yazına qədər paylanılması planlaşdırılır: “İnanıram ki, ”Pfizer-BioNTech" peyvəndi yaxın aylarda təsdiqlənəcək. Bununla yanaşı, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini tapacaq".

Çox maraqlıdır ki, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdikləri vaksinin sınaq testləri nəticəsində 6 nəfər ölüb. Bu barədə ABŞ-ın Qida və tibbi ləvazimatların keyfiyyəti idarəsinin saytında yayılan məlumatda qeyd olunub.

Konspiroloq-yazıçı, telejurnalist Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, Bill Qeytsin gələcəkdən bu qədər xəbərdar olmağı şübhəli görünür. Onun fikrincə, elə bu cür insanlar pandemiyanın dramaturgiyasını qurur, xronologiyasını təyin edir:

Həmid Herisçi televiziyadan getməsini hekayəyə çevirdi: “İtlər vadisi”

“Xəstəliyin modullaşdırılması - dramaturgiyası həmin adamların əlindədir. Bu mövzunu mass-mediada saxlayırlar.

Əslində peyvənd çoxdan var. Sadəcə, rəqabət gedir ki, Rusiya peyvəndi, yoxsa Amerika mənşəli vaksin öndə gedəcək...

Həmin peyvəndlərin kimlərə sırınacağı, nə qədər keyfiyyətli olacağı sual altındadır. Məsələn, Türkiyə və Rusiya birgə sanitar proses həyata keçirməyi planlaşdırırlar. Çünki Türkiyədə rus turist çoxdur.

Bundan əlavə, Türkiyə bir neçə peyvənd almaq istəyir, səhmləşdirməyi nəzərdə tutur. Ərdoğan bu məsələyə təkcə tibbi yox, siyasi-iqtisadi nəzərdən diqqət edir. İndi belə fikir var ki, rus peyvəndinin anbarı Türkiyədə olacaq. Nə qədər düzdür, əyridir, deyə bilmərik".

H.Herisçi hesab edir ki, dünya idarə olunan dövrə qədəm qoyur: “Hətta mikroblar da idarə olunur, lazım gələndə havaya buraxılır. Amma Avropadakı insanlar artıq üsyan edirlər.

Təbii ki, bu xəstəlik ciddi bəladır, sadəcə, ətrafında güclü manipulyasiyalar da gedir. Ona görə həqiqətlə yalanın zərrələrini ayırmaq lazımdır".

Professor Adil Qeybulla çıxış yolunun sərt karatin rejimi olduğunu qeyd edib: “Xəstəxanalar ağzına kimi doludur, yer yoxdur, hamı da narazılıq edir. Daha düşünmürlər ki, deyilənlərə əməl etmədik, ona görə də belə vəziyyət yarandı.

Vaksin ortaya çıxana kimi hansısa tədbir görülməlidir. Görünür, dövlət qurumları bunu nəzərdə tutublar". A.Qeybullanın fikrincə, karantin davranışlarını heç kəs gözləməyib.

Qeyd edək ki, dekabrın 9-na olan məlumata əsasən dünyada koronavirus infeksiyasına yoluxanların sayı 68 milyon 567 min 527 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə 1 milyon 563 min 133 nəfərdir. İndiyədək 47 milyon 462 min 104 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR