Türk əsgərinə sataşan dekan istefa verdi - FOTO

Türk əsgərinə sataşan dekan istefa verdi - FOTO
12:22 18 Yanvar 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu xalatla olan adam hansı bəyliyi təmsil edir, görəsən?" yazdı və getdi
Türkiyə universitetlərindən birində tibb fakültəsi dekanı Twitter sosial şəbəkəsindəki yazısına görə istefa verib.

Anspress-in məlumatına görə, dekan sosial şəbəkədə Türkiyə prezidentinin rəsmi iqamətgahı "Ak Saray"dakı 16 türk dövlətini təmsil edən əsgərlərdən birinə aid yazı paylaşıb. O, "Qızıl Orda" əsgərinə işarə edərək, "bu xalatla olan adam hansı bəyliyi təmsil edir, görəsən?" yazıb.

Dekan tezliklə öz yazısını silsə də, sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Bəziləri onun hətta rektor seçkilərinə təsir etmək üçün belə bir yazı paylaşdığını da deyib.

O isə bu sözləri yazmaqda heç bir xüsusi, düşünülmüş niyyətinin olmadığını bildirsə də, söz-söhbət səngiməyib. Professor "gördüyüm işlər əvəzinə bir paylaşımla xatırlanmaq kədərləndirir" deyə bildirib.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR