“Physics of Fluids” elmi jurnalında dərc edilən araşdırma məqaləsində qeyd edilib ki, tez-tez istifadə olunan üz qalxanları insanı koronavirusun hava-damcı yolu ilə ötürülməsindən qorumur.
Metbuat.az xəbər verir ki, araşdırma yapon alimlərinə məxsusdur. Fukuoka Universitetindən olan alimlər yaxınlıqdakı yoluxmuş şəxsin asqırdığı zaman meydana gələn hava axınının qalxan ətrafındakı hərəkətini təhlil ediblər.
Məlum olub ki, asqırma və ya öskürmə tədricən qeyri-sabit hala gələn və üç ölçüdə deformasiyaya uğrayan burulğan halqalar yaradır. Onlar qalxanın yuxarı və aşağı kənarlarına çatdıqda ekranın altına düşürlər.
Mənbə: RİA Novosti