Ermənistan öz cinayətlərinə görə cavab verməlidir - Ərdoğan

.

Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.T.Ərdoğan müharibə zamanı Azərbaycanın mülki əhalisinin ermənilər tərəfindən qətlə yetirilməsi haqqında da danışıb. Prezident bildirib ki, Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları hədəfə alınmışdı:

“Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalıb. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanıb. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınıb. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR