.

Rusiyanın "pomidor müharibəsi" - Problemin həlli yolu nədir? -ŞƏRH

.

Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Məsələnin mahiyyəti odur ki, Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır.Bu da o deməkdir ki, Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbaycandan gəlir.

Bəs Rusiyanın belə bir qərar verməsinə səbəb nədir? Bəzi ekspertlər bu barədə açıqlamalarında bildirirlər ki, Rusiyanın siyasi münaqişələr zamanı pomidor idxalı qadağasından istifadə etməsi yenilik deyil. Ola bilər ki, bu Azərbaycana qarşı yeni təzyiq üsuludur.

Metbuat.az-a bu barədə özəl açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, hazırda bu addım təzyiq vasitəsi olsa da,hazırda Rusiyanın özündə pomidor və digər istilikxanada yetişən məhsulların ildən-ilə istehsalının artması və kənd təsərrüfatı sahəsində təqdim olunan təşviq mexanizmlər bu bazarı bizim üçün daraldacaqdır.

''Proqnozlar 2018-ci ildə artıq verilməyə başlasa da bu gün də öz aktuallığını qoruyub saxlayır. 2020-ci ildə pandemiya səbəbindən bu məsələlər biraz gecikmiş forma aldı. Hazırda Rusiyaya pomidor və digər məhsulların ixracı çətinləşəcəkdir. Biz bu prosesə hazır olmalıyıq. Rusiya davamlı olaraq bu və ya digər səbəblərdən məhsullarımızın ixracına qadağalar qoymaqda davam edəcəkdir.

Rusiya fermerləri dövlətə müraciət ediblər ki, biz öz məhsullarımızı öz bazarlarımızda rahat sata bilmək üçün xaricdən gələn məhsulların idxalı dayandırılmalıdır. Gələcəkdə Rusiya hər hansı bir məhsulumuzun ixracına kvota qoya da bilər.

Müəyyən limitlər təkcə Azərbaycandan gələn məhsullara deyil Türkiyə, Qazaxıstan və digər ölkələrdən ixrac olunan məhsullara da aiddir. Amma bu da daxili bazarda öz məhsulunu qorumaq məqsədi daşıyır.Gələcəkdə bu davamlı hal da ala bilər''.

Elman Sadıqov bildirdi ki, Azərbaycan daha çox Rusiya bazarına konsentrasiya olub. Çünki İrana ixrac etmək imkanımız yoxdur,Türkiyə üçünsə bu imkan azdır. Düşünürəm ki, Rusiya bazarına ixrac payı potensialımız 2-3 il ərzində azalacaqdır.

''Hazırda Rusiyanın iqlimində mülayimləşmə prosesləri gedir. Nəticədə taxıl kimi bitkilərin yetişdirilməsi üçün münbit şərait yaranmışdır. Hazırda Rusiyanın kənd təsərüfatının inkişafına verilən təşviq mexanizmləri bu sahəni daha da inkişaf etdirir.

Rusiyanın cənub hissələrində istixanalarının inkişaf etdirilməsi nəticəsində Azərbaycan 3il sonra bugün ixrac etdiyi pomidorun yarısını sata bilməyəcəkdir. Ona görə də bizim bu məsələdə görəcəyimiz bir neçə işlər var.

Birincisi dəyər zəncirini müəyyən etməliyik, ikincisi emal sənayesini yüksək səviyəyə çatdırmağımız lazımdır. Üçüncü məsələ yaş məhsullar deyil daha çox yarım fabrikat məhsulların istehsalına üstünlük verilməlidir.''

Ekspert bildirdi ki, Azərbaycan xaricdən ixrac missiyaları həyata keçirir bunlar lazımdır, vacibdir amma kifayət qədər deyil. Bu sadəcə hər hansı bir malın təqdimatıdır. Amma yeni bazar axtarılması, marketinq, yeni bazarda pay alıb yer tutmaq, həmin bazara girə bilmək tamam başqa bir məsələdir.

''Bu sahədə olan iş adamları Rusiyadan başqa bazar görə bilmirlər. Halbuki, bu bazar çox böyük bir bazardır. Bu bazarı görə bilməməkləri də artıq ciddi bir səbəbin var olduğuna işarə edir.

Pomidor xərc tələb edən bir ixrac məhsuludur. Bu sahənin ciddi araşdırmaya ehtiyac var. Çünki gələcəkdə pomidor istehsalı dünyada genişlənəcəkdir.

Səbəb də odur ki, pomidor istixanada yetişən bir bitkidir onun üçün heç torpaq da lazım deyil. Əsas istixanada normal temperaturu təmin etməkdir. Bu şəkildə bu məsələlər

hal-hazırda davam etdiyi üçün araşdırma işlərinə böyük ehtiyac var. Artan istehsalın bazarda öz yerini tutması idxalın həmin həcmdə azaldılması yolu ilə baş verəcək.

Unutmayaq ki, ən qiymətli fabrik beyindir, ən qiymətli məhsul fikirdir. Biz beyinləri inkişaf etdirməklə gələcəkdə bir çox problemlərə həlli yolları tapa bilərik''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR