Ankaradan Avropa Birliyinə etiraz

Ankaradan Avropa Birliyinə etiraz
12:26 18 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin Türkiyə hökumətini söz və ifadə azadlığını məhdudlaşdırmaqda ittiham etməsinə qarşı rəsmi Ankara münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, bir qədər əvvəl avropalı qanunvericiləri Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə təndiq etmiş, parlamentdə səsvermə yolu ilə Türkiyəyə xəbərdarlığa dair qərar qəbul olunmuşdu.

Avropa Birliyi naziri Vulkan Bozqır Avstriyanın paytaxtı Vynada keçirilən “Fikir süfrəsi” intellektual forumundan çıxışı zamanı son dövrlərdə Avropada Türkiyənin imicini zərər vurmaq üçün müxtəlif qərarlar qəbul olunduğunu deyib.

Vulkan Boqzır: “Bu qərar Türkiyə ilə bağlı məlumat əksikliyindən və ya yalnış məlumatdan irəli gəlir. Türkiyənin bu qərara layiq olmadığını düşünürəm. Qərarın yalnış olduğunu Avropa Parlamenti üzvləri ilə bir araya gələrək onlara başa salacağıq. Türkiyədə 7500 mətbuat orqanı və 280 televiziya şirkəti var. Hər gün dövriyyəyə 5 milyon tiraj qəzet buraxılır. Belə bir ölkədə söz və ifadə azadlığının olmadığını demək haqsızlıqdır”

Məhz “Cümhuriyyət” qəzetinin peyğəmbərin karikaturasını yayımlamasından sonra qəzet rəhbərliyinə qarşı qaldırılan məhkəmə işi Avropa Parlamentini Türkiyə xəbərdarlıq etməyə vadar etmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR