x
Loading...
.

Bakıda tibbi maska istifadə etməyən koronavirus xəstəsi ictimai yerdə saxlanıldı

.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR