BDU-nun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Maddə quruluşu kafedrasının dosenti Barxalova Niyal Şaban qızı vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə ali təhsil müəssisəsinin feysbuk səhifəsində məlumat verilib.

Qeyd edək ki, 74 yaşında dünyasını dəyişən N.Barxalova 1964-1969-cu illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1976-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR