Ceyhun Bayramov həmsədrlərlə görüşdü

Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat.az-a bildirilib ki, görüş bu il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR