Ermənistanda Zəngəzurun itirilməsi QORXUSU -

“Qədim Zəngəzur, İrəvan, Göyçə, Dərələyəz mahallarının Azərbaycan torpaqlarının olduğu hamı bilir. Azərbaycanın əlində bu torpaqların bizə aid olmasına dair kifayət qədər sənəd var’’.

Bu açıqlamanı Metbuat.az-a politoloq Niyaməddin Orduxanlı bildirib. Siyasi şərhçi qeyd edib ki, 20 əsrin əvvəllərində zorla Azərbaycandan alınıb ermənilərə verilən bu torpaqların kompensasiya müqabilində Azərbaycana qaytarılması mümkün ola bilər.


“1918-ci ildə Azərbaycan Demokratik Respublikasının İrəvan xanlığını ermənilərə verilməsinə dair sənədlərimiz var. Özü də 100 illiyə verilməsində dair. Zəngəzurun verilməsi ilə bağlı rəsmi sənədlərə istinad edirəm.XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub. Bütün bunlar çox yaxın tariximizdə baş vermiş rəsmi sənədlərdi."

Niyaməddin Orduxanlı bildirdi ki, "Zəfər" paradında Ali Baş Komandan İlham Əliyev öz çıxışında da Zəngəzurun, İrəvanın, Göyçə mahalının qədim Azərbaycan torpağı olmasına dair fikirlərini bildirdi.Prezidentin bu çıxışı bütün dünyaya bir mesaj idi.

“10 Noyabr bəyannaməsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Artıq beynəlxalq müstəvidə Azərbaycana Ermənistanın 30 il müddətində vurduğu təzminatın ödənilməsi məsələsi var. Biz Azərbaycan dövləti olaraq bu təzminatın qaytarılması üçün müraciətlər etmişik. Ekspertlərin ümumi ilkin hesablamalarına görə Ermənistan Azərbaycana 100 milyard dollardan artıq zərər vurub.

Dövlət büdcəsi 2 milyard dollar olan xarici borcu 10 milyon dollara yaxın olan Ermənistanın bu borcu qaytarması mümkünsüzdür.Elə bu baxımdan qədim Azərbaycan torpağı olan Zəngəzurun Azərbaycana kompensasiya müqabilində qaytarılması gündəmdə ola bilər.

Hazırda Ermənistanın siyasi xadimləri və hətta eks prezidentləri də Zəngəzurun Azərbaycana qaytarılması məsələsini müzakirə edib bundan dərin narahatlıq ifadə edirlər’’.

Politoloq bildirdi ki, Azərbaycan tərəfi təzminatın hesablanması məsələsində tək tərəfli deyil beynəlxalq müstəvidə bu işlərin görülməsinə çalışır. Bu zaman dəymiş ziyanın miqyası faktlara əsasən quruma təqdim ediləcək. Bu zaman kompensasiyanın nağd yoxsa torpaq müqabilində ödəniləcəyi müəyyən ediləcəkdir.

Niyaməddin Orduxanlı bildirdi ki, sosial şəbəkədə bu gün başlatdığı "Zəngəzur Azərbaycandır!" şüarına qısa müddətdə ölkənin çox tanınmış və nüfuzlu şəxlərinin dəstəyini alıb.

“Yüzlərlə insan bu kampaniyaya qoşulduğunu bəyan etdi. Mən bir siyasətçi olaraq bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm. Bizim haqqımız var ki, öz babalarımızın torpaqlarına qayıdaq. Bu torpaqlar da ulu türk babalarımızın ruhu uyuyur. Öz torpaqlarımıza qayıdıb, sahib çıxmalıyıq!’’.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR