SENSASİYON AÇIQLAMA:

"Rusiya sülhməramli qüvvələri Qarabağda erməni terroruna dəstək verir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib. O deyir ki, Hadrut təxribatında Rusiyanın "Sülhməramlı qüvvələrinin" komandanı Rüstəm Muradov və terrorçubaşı Arayik Arutunyan birgə hərəkət edir.


“Onlara Rusiya sülhməramlı qüvvələri bu qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannamənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndi və bir yüksəkliyə nəzarəti ələ alıb.

Bundan sonra Ermənistan Prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir.

Məqsəd Hadruta Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bu prosesdən Moskva da məmnundur. Çünki Rusiya Dağlıq Qarabağda belə bir insidentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsizlik təmin edilməsin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın”.

Siyasi şərhçi deyir ki, Rusiya "sülhməramlı qüvvələri" Qarabağdan çıxarılmalıdır. Çünki Şuşaya çəkilən yolu Rusiya, ermənilərin nəzarətinə verməyə çalışır.

''Hadrut ətrafında xeyli silah-sursat aşkar edilib. Bu terrora logistik dəstəkdir. Bura Abxaziya, nədə Cənubi Osetiya deyil. Rusiya buradan çıxmalıdır.

Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək.

Rusiyanın fəaliyyəti Qarabağda sülhməramlı deyil, ermeni terroruna dəstək verir. Açıq şəkildə Rusiya iç üzünü ortaya qoyur. Görünür ki, qələbə paradı və Türkiyə ilə birgə ortaq müttəfiqliyimiz Kremli narahat edib''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR