Azərbaycanlı fəhlə xarici neft şirkətini məhkəmədə uddu

Azərbaycanlı fəhlə xarici neft şirkətini məhkəmədə uddu
12:32 18 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

“Maersk Driling Servises MMC” xarici neft şirkəti öz işçisi tərəfindən məhkəməyə verilib.
 
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
Hüquq müdafiəçisinin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə məhkəmə iclası keçirilib: “Şirkətin fəhləsi Sərvər Kərimov “Maersk Driling Servises MMC”yə qarşı “zərərə görə aylıq ödənişin ödənilməsi, gecikdirilmə ilə əlaqədar ödənişin və maddi ziyanın tutulması barədə” iddiası Nəsimi Rayon Məhkəməsində təmin edilib. Qarşı tərəfin Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti də təmin edilməyib. Şirkət Sərvər Kərimova aylıq ödənişlə yanaşı cərimə də ödəyəcək”.
 
M.Qəhrəmanlı qeyd edib ki, “Neft-qaz tikinti tresti” də məhkəməyə verilib. Şirkətin Rəşid adlı əməkdaşı əmək xəsarəti nəticəsində II qrup əlil olsa da, kompensasiya ala bilmir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR