Azərbaycan hansı ölkədən vaksin alacaq? -

“Artıq virusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.

“Bizim ölkədə də bununla bağlı kifayət qədər hazırlar işləri aparılıb və müvafiq işlər görülür. Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub ”, - o bildirib.

Bəs hansı ölkələrdən vaksin alınacaq?

“COVID-19 vaksinlərinin alınması üçün transmilli platformalara qoşulma və ikitərəfli müzakirələr aparılır. Türkiyədən 50 milyon doza vaksin alınması üçün müqavilə imzalanıb. Dünyadakı yoluxucu xəstəliklərin 50 faizindən çoxu Azərbaycanın payına düşür. Vaksinin təcili istifadə halları Azərbaycan Respublikasının Dərman Vasitələrinin İstifadəsi haqqında qanuna əsasən aparılır”, - deyə Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, Azərbaycanda da bununla bağlı kifayət qədər hazırlıq işləri aparılıb və müvafiq işlər görülür:

"Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. “CoronaVac” vaksini ilə bağlı da bu danışıqlar aparılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR