İran Türkiyəyə sanksiyaların tətbiq olunmasını qınayıb

İran ABŞ-ın Türkiyəyə birtərəfli qaydada sanksiyalar tətbiq etməsini sərt şəkildə qınayır.

Metbuat.az bildirir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter" səhifəsində yazıb.

M.C.Zərifin sözlərinə görə, bu sanksiyalara etiraz olaraq İran Türkiyə dövləti və xalqının yanındadır.

Nazir əlavə edib ki, ABŞ bir daha beynəlxalq hüquqa zidd addım atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR