Bu ölkə koronavirus peyvəndindən imtina etdi

Braziliya prezidenti Jair Bolsonaru yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşmır.

Metbuat.az bildirir ki, bu barədə o, “Band” telekanalına müsahibəsində bildirib. Prezident əmin edib ki, peyvənd olunmayacaq "və nöqtə". "Mənim həyatım təhlükədədir? Bu, mənim problemimdir", - Bolsonaru bildirib.

Siyasətçi hesab edir ki, peyvəndlər məcburi ola bilməz və kim istəyirsə, o peyvənd edilməlidir.

Daha əvvəl 65 yaşlı Bolsonaru dəfələrlə COVID-19 pandemiyasının reallığını şübhə altına alıb və sosial məsafəni pozub. O, yayda koronavirusa yoluxub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR