Onu gizli şəkildə dəfn etdilər

Onu gizli şəkildə dəfn etdilər
12:36 18 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə anti-terror əməliyyatları zamanı öldürən terrorçu Səid Kuaşinin meyiti gizli şəkildə Reyms şəhərində dəfn olunub.

ANS PRESS-in məlumatına görə, şəhərin meri Arno Rebine əvvəlcə dəfnə icazə verməyib. Lakin daha sonra qanunlara əsasən hərəkət etməyə məcbur olub.

Kuaşinin qəbrinin müsəlmanların ziyarətgahına çevrilə biləcəyi ehtimalları Rebineni narahat edən əsas səbəblərdən biri olub. Lakin dəfnin gizli şəkildə baş tutacağı vədi onun razı salıb.

Səid və Şərif Kuaşi qardaşları Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyi üçün “Şarli Ebdo” jurnalına hücum edərək 12 nəfəri öldürüb, daha sonra anti-terror əməliyyatları zamanı özləri də öldürülmüşdülər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR